Rusiya Maliyyə Nazirliyi 2024-cü ilin büdcəsində müdafiə xərclərini 68% artırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, müharibə yüksək xərclər tələb edir. Buna görə də büdcə layihəsində gələn il üçün müdafiə xərclərinin bu illə müqayisədə 68% artırılaraq 10,8 trilyon rubla (təxminən 111 milyard dollar) çatdırılması planlaşdırılır.

 

Gözəl Həşimova