"Rusiya yanvarın 22-də Ukraynaya Qərb silahlarının verilməsi məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir .

Sessiyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirak edəcəyi vurğulanıb.

"Bundan əlavə, yanvarın 23-də Lavrov Yaxın Şərqdəki vəziyyət və Fələstin məsələsi ilə bağlı açıq debatda çıxış etməlidir", - məlumatda qeyd edilib.

Xatırladaq ki, bu gün Ukrayna silahlı qüvvələri Donetsk bazarına hücum edib. Son məlumatlara görə, qurbanların sayı 25-ə çatıb.