Rusiya 2022-ci ilin yanvarından etibarən ilk dəfə olaraq daxili bazarda xarici valyuta almağa başlayacaq.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bununla bağlı Rusiya Maliyyə Nazirliyi açıqlama verib.

Açıqlamada neft və təbii qazdan gələn əlavə büdcə gəlirlərinin avqust ayında 73,2 milyard rubla çatmasının gözlənildiyi qeyd edilib. Nazirlik 7 avqust-6 sentyabr tarixləri arasında daxili bazarda valyuta alışına başlamağa qərar verib və bu alışlar üçün 40,5 milyard rubl ayrılıb.

Gülşən Şərif