"Rusiya Pentaqondan (ABŞ Müdafiə Nazirliyi) sızma ilə bağlı məlumatlara şübhə ilə yanaşır".
İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O bildirib ki, ölkəsi bu məsələyə şübhə ilə yanaşır, lakin sözügedən məlumatlar diqqətlə araşdırılacaq:
"Kreml Pentaqonun məlumat sızması ilə bağlı mətbuatda yayılan xəbərlərlə tanışdır, lakin onları öyrənmək xüsusi xidmət orqanlarının səlahiyyətindədir".