Rusiya Mərkəzi Bankı nağd xarici valyutanın çıxarılmasını məhdudlaşdıran qərarın müddətini daha altı ay, 9 mart 2024-cü ilə qədər uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. 

"Rusiya Bankı nağd xarici valyutanın çıxarılması ilə bağlı məhdudiyyətləri daha altı ay, 2024-cü il martın 9-dək uzadıb. Rusiya Bankı ölkəmizə qarşı qüvvədə olan sanksiyalarla əlaqədar nağd xarici valyutaya məhdudiyyətləri uzadır", - bəyanatda deyilir.

Məlumata görə, 2024-cü il martın 9-dək qeyri-rezident hüquqi şəxslərə ABŞ dolları, avro, funt sterlinq, yapon yeni ilə nağd pul verilməyəcək. Digər valyutalar üzrə heç bir məhdudiyyət yoxdur.