Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Məlumata görə, səfir Rusiya və Böyük Britaniya vətəndaşlığı olan müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar XİN-ə dəvət olunub.