Orta Dəhlizin daha bir qolu olaraq İran ərazisindən keçməklə Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür.

İqtisadiyyat.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

“Bununla parelel olaraq, Orta Dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın özü və tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir”, - deyə o qeyd edib.