Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Bu barədə İqtisadiyyat.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 2. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

 3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

 4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 11. Babək prospekti, mərkəz istiqamətində;

 12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

 14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.