Rusiya-Ukrayna müharibəsindən sonra sanksiyalara məruz qalan və Türkiyəyə köçən rusiyalı milyarder Roman Abramoviçin uzun müddətdir bu ölkədə ev axtardığı deyilirdi.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı nəhayət arzusunda olduğu malikanəni tapıb. 

Bir müddət əvvəl İstanbulda 50 min dollara villa kirayələdiyi deyilən iş adamı arzusunda olduğu malikanəni İstanbulun Üsküdar rayonunda tapıb. 

Onun burada aldığı malikanənin bir neçə il əvvəl cinayət əməllərinə görə həbs olunan Adnan Oktara məxsus olduğu bildirilir. Rusiyalı milyarderin yeni villaya 18 milyon dollar xərclədiyi deyilir. Məlumata görə, lüks evin sahəsi 9 min 600 kvadratmetrdir.

Təmir işlərinə start verən Abramoviçin evə gedən yolları yenidən inşa etdirdiyi bildirilir.