AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bir qədər əvvəl ölkə ərazisində qeydə alınan zəlzələyə münasibət bildirib. 

O, İqtisadiyyat.az-a açıqlamasında hazırda zəlzələnin episentrinin hansı ərazi olduğu ilə bağlı dəqiqləşdirmələr aparıldığını söyləyib. 

"83 stansiya ilə dəqiqələşdirilmədən sonra məlumat veriləcək. İlkin məlumata əsasən, zəlzələnin episentri Saatlı satansiyası ilə Şirvan arasında qeydə alınıb", - deyə Q. Yetirmişli bildirib.

Qeyd edək ki, mərkəzdən verilən məlumata əsasən, Azərbaycanda yeraltı təkan Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

5.1 maqnitudalı zəlzələ bir sıra rayonlarda hiss olunub.

Sadiq Cavadov