2023-cü ilin ikinci rübündə qlobal kommersiya sığortasının qiymətləri 3 faiz artıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı "Marsh Insurance" tərəfindən "Qlobal Sığorta Bazarı İndeksi" nəşr edilib. 

Hesabata görə, maliyyə və peşəkar sığorta üzrə mükafatların azalmasına, həmçinin kiber sığorta bazarında davam edən yavaşlamaya baxmayaraq, ikinci rüb ərzində sığorta qiymətləri əksər  bölgələrdə artıb.

Belə ki, Latın Amerikası və Karib hövzəsində 8 faiz, Avropada  5 faiz,  ABŞ-da isə 4 faiz, Böyük Britaniyada isə 1 faiz artım müşahidə olunub. 

Gülşən Şərif