Amerika fond bazarında "Dow Jones" indeksi 0,25% - 25 914,10 bəndədək, "S&P 500" 0,37% - 2 832,94 bəndədək, NASDAQ isə 0,34% - 7 714,48 bəndədək artıb.

İqtisadiyyat.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,98% - 7 299,19 bəndədək artıb, Almaniya DAX-ı 0,25% - 11 657,06 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,14% - 5 412,83 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,80 dollar bahalaşaraq 1 307,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,08 dollar artaraq 15,40 dollara satılıb.