"Qırmızı dəniz ticarət marşrutundan imtina etmək, daşıma xərclərini əhəmiyyətli dərəcədə artıracaq, logistikanı daha mürəkkəb edəcək və qlobal ticarətə mənfi təsir göstərəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Filippin İqtisadi Zonasının Baş direktoru Tereso Panqa deyib.

"Ticarət yolu kimi Qırmızı dənizdən imtina Avropa və Asiya arasında malların çatdırılma müddətini ən az 10 gün artıracaq və yükdaşıma xərcləri 15% artacaq",- deyə Panqa qeyd edib.

Hazırda qlobal dəniz nəqliyyatının təxminən 10%-i Qırmızı dənizdən keçən marşrutlarla bağlıdır.

 

Əli Ağayev