"İsrailin hərbi zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 25,1 min nəfərə çatıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Fələstin anklavının Səhiyyə Nazirliyi bildirib.

"Ötən il oktyabrın 7-dən İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 25 105-ə yüksəlib, 62 681 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.

Daha əvvəl 24 927 nəfərin öldüyü, 62 388 nəfərin yaralandığı bildirilirdi.

Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 178 nəfər ölüb, ən azı 293 nəfər yaralanıb.