İsrail və HƏMAS qruplaşması arasında gedən döyüşlər nəticəsində Qəzza zolağında 83 gündə 105 jurnalist qətlə yetirilib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu gün bölgədə 2 daha jurnalist həyatını itirib.

İsrail hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Müharibə nəticəsində bölgədə azı 8 min 800-ü uşaq, 6 min 300-ü qadın olmaqla 21 min 110 fələstinli həlak olub, 55 min 243 nəfər yaralanıb.

Noyabrın 24-də 4 gün müddətinə verilən və daha sonra 3 gün uzadılan humanitar fasilə zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.

 

Gözəl Həşimova