2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatların başlamasından bəri təxminən 35 min insan həlak olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.

Məlumata görə, bu günə qədər İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 34 943 nəfərə çatıb. Eyni dövrdə Qəzzada 78 572 fələstinli yaralanıb.

Təkcə son sutka ərzində sektorda 39 nəfər həlak olub, 58 nəfər yaralanıb.