Oktyabrın 7-dən bəri İsrail və HƏMAS qruplaşmasının döyüş meydanı olanda Qəzzada 65 min ev tamamilə dağıdılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, İsrail hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

Müharibə nəticəsində bölgədə azı 8 min 800-ü uşaq, 6 min 300-ü qadın olmaqla 21 min 110 fələstinli həlak olub, 55 min 243 nəfər yaralanıb.

Noyabrın 24-də 4 gün müddətinə verilən və daha sonra 3 gün uzadılan humanitar fasilə zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.

Gözəl Həşimova