Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.
O bildirib ki, Azərbvaycanda İİV-ə yoluxma halı ilk dəfə 1987-ci ildə qeydə alınıb. Onun sözlərinə görə, 2023-cü ilin sonuna olan nəticəyə görə, respublika üzrə qeydiyyatda olan İİV xəstələrinin sayı 9252 nəfərdir.