Gəncədə güclü külək əsir.

İqtisadiyyat.az AZƏRTAC-a istinadən xəbər verir ki, axşam saatlarında başlayan külək nəticəsində Gəncə şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən bəzi rayonlarda da elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda küləkli hava şəraiti davam edir.