Bu ilin əvvəlindən Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən və abunəçilərindən məhkəmələrə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə az – təxminən 1 000 müraciət daxil olub.

Bunu qurumnun Baş direktoru Ruslan Əliyev bildirib.

“Bu müraciətlərin 650-si bizə məxsusdur və onlardan 590-u xeyrimizə həll edilib. Təxminən 350 müraciət isə abunəçilərdən daxil olub və onun da 120-də “Azəriqaz”ın xeyrinə qərar çıxarılıb. Hazırda 90 müraciət icra prosesindədir”, - deyə o, qeyd edib.