Qazaxıstanda iki dəmiryolçu qatarın vurması nəticəsində həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 21-də saat 07:27-də (Bakı vaxtı ilə 05:27) Şıqanak-Şu mənzilinin Jideli-Bərlik hissəsində dəmiryol nəqliyyatının iki əməkdaşının iştirakı ilə hadisə baş verib, maşinist qəza əyləcinə bassa da, bədbəxt hadisədən qaçınmaq mümkün olmayıb”, – məlumatda diqqətə çatdırılıb.

Vəziyyəti aydınlaşdırmaq üçün şirkət komissiyası hadisə yerinə gedib.

Faktla bağlı araşdırmalara başlanılıb.