“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə 35kVt-luq izolyasiyalı və mühafizə olunan xətləri çəkməklə 1 000 hektarlarla torpaq sahəsinə qənaət edəcək.

Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.

Onun sözlərinə görə, həmin xətlərin mühafizə zonası demək olar, yoxdur: "Əgər əvvəlki dövlərdə çəkilən xətlərin mühafizə zonası minimun 30 metr idisə, yeni izolyasiyalı xətlərlə bu 0 metrə enib”.