Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb. 

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hunday” maraklı avtomobillər toquşşub. Hadisədə “Vaz-2107” avtomobilin sürücüsü 1959-cü il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cü il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  

Araşdırma aparılır.