Şimali Koreya Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfər etmək istədiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şimali Koreya mediası ölkənin xarici işlər naziri Ço Son Huinə istinadən məlumat yayıb.

Huinin Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü bildirilib və Putinin Pxenyana səfər etmək arzusunu ifadə etdiyi vurğulanıb.

Putinin Şimali Koreya lideri Kim Çen İnə dəvətinə görə də təşəkkür etdiyi, onun Ukrayna müharibəsində Şimali Koreyanın dəstəyindən məmnunluğunu ifadə etdiyi bildirilib.

Qeyd edilib ki, Moskva və Pxenyan ABŞ və müttəfiqlərinin Şimali Koreyanın suveren hüquqlarına qarşı təxribat xarakterli hərəkətlərindən narahat olduqlarını bildiriblər və sözügedən situasiya ilə bağlı razılığa gəliblər.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi verdiyi açıqlamada Putinin dəvətə cavab olaraq Şimali Koreyaya səfər etmək istədiyini, lakin tarixin hələ müəyyən edilmədiyini bildirib.

Səfər baş tutsa, bu, Rusiya liderinin bu ölkəyə ən azı son 20 ildə ilk səfəri olacaq.