Rusiyada Vladimir Putinin hakimiyyətinin əleyhdarlarından olan Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib.

İqtisadiyyat.az xəbər verir ki,  41 yaşlı müxalifət fəalı və jurnalist bu gün məhkəmədə Ukraynaya müdaxiləni tənqid etdiyinə görə "vətənə xəyanət"də təqsirli bilinib.

İttihamları rədd edən və “Dediklərimlə fəxr edirəm” deyən Kara-Murza hökm elan edildikdən sonra “Rusiya azad olacaq” şüarları səsləndirib.