Rusiya prezidenti Vladimir Putin yanacaq məhsullarının ixracına qadağa qoyulmasına baxmayaraq qiymətlərin artdığını bəyan edib və buna görə hökuməti tənqid edib. 

İqtisadiyyat.az xəbər verir ki, Putin bu barədə iradlarını paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə dilə gətirib.

"Tədbirlər görülüb, amma pərakəndə qiymətlər artır. İstehlakçının nəticəyə ehtiyacı var. Rusiya hökuməti olaraq sizdən hadisələrə daha tez reaksiya verməyinizi istəyirəm", - o qeyd edib.

Yanacağın ixracına qoyulan qadağalara baxmayaraq Rusiyada qiymətlərin artmağa davam etdiyini bildirən Putin bildirib: "Tədbirlər alındı, amma pərakəndə qiymətlər artır. İstehlakçıya nəticələr lazımdır. Mən istəyirəm ki, siz hadisələrə daha tez reaksiya verəsiniz".