"Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bəzi xüsusi iqtisadi tədbirlərin müddətinin uzadılması haqqında fərman imzalayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Sözügedən qərar Rusiyanın anti-Rusiya sanksiyaları tətbiq edən və ya dəstəkləyən ölkələrdən malların tədarükünə qarşı tətbiq etdiyi ərzaq embarqosunu 2024-cü ilə qədər uzadıb.

Fərman rəsmi hüquqi informasiya portalında yerləşdirilib və imzalandığı gündən qüvvəyə minir.