Almaniyanın “Puma” şirkəti maliyyə səbəblərinə görə İsrail milli futbol komandasına sponsorluq etməyi dayandırmaq qərarına gəlib.

Bu barədə İqtisadiyyat.az “Financial Times”a istinadən xəbər verir.

Məlumata görə, qərar bir il əvvəl verilib və Qəzza zolağında davam edən münaqişə fonunda istehlakçıların şirkəti boykot etmək çağırışları ilə heç bir əlaqəsi yoxdur. Şirkət İsrail Futbol Assosiasiyası ilə müqaviləni yeniləməmək qərarına gəlib və 2024-cü ildən İsrail komandasına forma təqdim etməyəcək.

Məlumata görə, "Puma" tezliklə məşhur komanda ilə yeni tərəfdaşlıq elan edəcək.

Xatırladaq ki, Alman şirkəti ilə İsrail milli futbol komandası arasında tərəfdaşlıq müqaviləsi 2018-ci ildə imzalanıb.

 

Gözəl Həşimova