Polşada bu ay inflyasiya səviyyəsi 8,2% təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş Statistika İdarəsi məlumat yayıb.

Hesabat dövründə Polşada inflyasiya avqust ayı ilə müqayisədə 0,4% azalıb.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkədə inflyasiya rekord səviyyəyə - 17,2%-ə çatıb.

 

Gözəl Həşimova