Perunun cənubunda sərnişin avtobusunun uçuruma aşması nəticəsində 24 nəfər ölüb, 21 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, ölkənin rəsmi agentliyi "Andina"dan verilən məlumata görə, Huancayo və Huanta şəhərləri arasında hərəkət edən avtobus Ayacucho şossesində 200 metrlik uçuruma yuvarlanıb.

Bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib, yaralılar xəstəxanalara aparılıb.