Pakistan və Böyük Britaniyanın diplomatik orqanları Azərbaycanın Qarabağ bölgəsində separatçıların təşkil etdiyi "seçkiləri" tanımırlar. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) və Britaniyanın Azərbaycandakı səfiri açıqlamalar veriblər. 

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir . Qondarma rejimin "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Bu, həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - Pakistan XİN qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld isə "X"də paylaşım edib:

"Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik".