Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu bildirib. 

İqtisadiyyat.az "The News" qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığında bildirib.

Nəşrin məlumatına görə, pakistanlı nazir İslamabadın Tehranla qarşılıqlı etimad və əməkdaşlıq ruhuna əsaslanan bütün məsələlərdə, xüsusən də təhlükəsizlik mövzusunda əməkdaşlığa hazır olduğunu bildirib. Nəşr qeyd edib ki, bu yolla Pakistan hakimiyyəti vəziyyəti daha da gərginləşdirmək niyyətində olmadıqlarını açıqlayıb və eyni zamanda iranlı tərəfdaşlarını ərazi suverenliyinə hörmət etməyə çağırıb.