Pakistan Əfqanıstan ərazisindən ölkənin nəzarət-buraxılış məntəqələrinə hücumlardan sonra Əfqanıstanla sərhədini bağlayıb.

Bu barədə İqtisadiyyat.az "Dawn" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb mayın 13-də Pakistanın nəzarət-buraxılış məntəqələrinin atəşə tutulması olub. Hadisə nəticəsində 4 Pakistan təhlükəsizlik işçisi yaralanıb. Əfqanıstan tərəfdən isə hücumun 12 iştirakçısı öldürülüb.

Yaranmış gərgin vəziyyətə görə sərhəd bağlanıb.

 

Gözəl Həşimova