Pakistanın dövlət borcu iyulda 204 milyon dollar artaraq 198,5 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Bankı məlumat yayıb.

Məlumata görə, artım büdcə kəsirinin ödənilməsi üçün böyük daxili və xarici borcların alınması nəticəsində baş verib. Hesabat dövründə ölkənin borcu ötən ilin eyni dövrü ilə müqayisədə 22% artıb. Belə ki, ötən ilin eyni ayında Pakistanın dövlət borcu 162 milyard dollar təşkil edib.

Əlavə edək ki, iyulda Pakistanın valyuta ehtiyatları Beynəlxalq Valyuta Fondundan kreditlər aldıqdan sonra 9,84 milyard dollara yüksəlib.

 

Gözəl Həşimova