2023-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36.811 cinayət qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Kollegiya iclasında çıxışı zamanı deyib.

Bildirilib ki, onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Cinayətlərin 94,5 faizi və ya 34.783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 89,6 faizinin açılması təmin edilib.