Ötən il Azərbaycanda qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kollegiya iclasında bildirilib.

Ümumilikdə 12.648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.

Qeyri-leqal dövriyyədən 3.487 ədəd müxtəlif nominallı saxta əskinas, istifadə müddəti ötmüş 6.310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.