Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 min 284 ton yük daşınıb və beləliklə, 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 milyon 347 min 585 ton təşkil edib.

İqtisadiyyat.az "Azərbaycan Dəmir Yolları" QSC-nə istinadla xəbər verir ki, bu marşrut üzrə yük daşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir.