2023-cü ildə 58 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, 15 mülki şəxs olmaqla 19 nəfər həlak olub, 20-i mülki şəxs olmaqla 39 nəfər xəsarət alıb:

“2020-ci ilin noyabr ayından hazırki vaxtadək 342 mina və hərbi sursat partlayışlarının qurbanı olub. Onlardan 50-i mülki şəxs olmaqla 65 nəfər həlak olub, 113-ü mülki şəxs olmaqla 277 nəfər xəsarət alıb”.