"Macarıstan istənilən dövlətə qarşı sanksiyaların əleyhinədir, çünki onların problemlərin və ya münaqişələrin həllinə töhfə vermədiyinə inanır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Serbiya prezidenti Aleksandr Vuçiç və Əbu-Dabinin (Birləşmiş Ərəb Əmirlikləri) vəliəhdi Şeyx Xalid bin Məhəmməd Əl Nəhyan ilə Belqradda üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Hökumət başçısı qeyd edib ki, Macarıstan istənilən münaqişənin müstəsna olaraq dialoq yolu ilə həllinin tərəfdarıdır: "Biz heç bir ölkəyə qarşı heç bir sanksiyaları dəstəkləmirik".