"Tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistemin çökməsinə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlığın yaranması səbəb olub".

İqtisadiyyat.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"Sentyabrın 14-ü səhər saatlarında internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib", - deyə açıqlamada bildirilir.