İqtisadiyyat.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin Dekabr ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında əməkhaqqı kartlarının sayı 13 min ədəd artaraq 2 milyon 53 min ədədə çatıb. Əməkhaqqı kartlarının sayı 2018-ci ilin Yanvar ayı ilə müqayisədə isə 211 min ədəd artıb.

Yanvar ayında cəmi ödəniş kartlarının sayı 39 min ədəd artaraq 6 milyon 550 min ədədə yüksəlib.

Yanvarda sosial kartların sayı 2 min ədəd azalaraq 2 milyon 520 min ədədə düşüb. 2019-cu ilin 1-ci ayında kredit kartlarının sayı 13 min ədəd artaraq 873 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartların sayı isə 15 min ədəd artaraq 1 milyon 104 min ədədə yüksəlib.