"Ukraynanın yüksək antikorrupsiya məhkəməsi 2011-ci ildə Odessa aeroportunun qanunsuz özəlləşdirilməsində şübhəli bilinən iş adamı Boris Kaufmanı 268,4 milyon qrivna (7,3 milyon dollardan çox) girov müqabilində iki ay müddətinə həbs edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin "Telegram" kanalında məlumat verilib.

"Kaufman 268,4 milyon qrivna girov əvəzi ilə istintaq təcridxanasına gedəcək", - deyə mərkəzdən bildirilib.

“İzvestiya” qeyd edib ki, prokurorluq məhkəmədən Kaufmanın 992,4 milyon qrivna (27 milyon dollardan çox) girov müqabilində həbs olunmasını istəyib.