Birləşmiş Ştatlar Yəmənin Husi üsyançı hərəkatının hədəflərini həftə ərzində beşinci dəfə bombalayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən "The New York Times (NYT)" məlumat yayıb.

"ABŞ kəşfiyyatı üsyançıların Qırmızı dənizdə ticarət gəmilərinə və döyüş gəmilərinə hücum etməyə hazırlaşdığını qeydə alıb və qabaqlayıcı zərbələr endirib", - məlumatda qeyd edilib.