Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Həmsöhbətlər Qarabağda baş verənləri, eləcə də Qarabağdan könüllü miqrasiya ilə bağlı vəziyyəti müzakirə ediblər.

Ermənistan-Fransa ikitərəfli gündəliyindəki məsələlər ətrafında da müzakirə aparılıb.