"İsrail Qəzza zolağında HƏMAS hərəkatı tamamilə məğlub olana qədər hərbi əməliyyatı davam etdirmək niyyətindədir. Döyüşlər uzun aylar davam edəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Dediklərinin əksinə olaraq, müharibə bütün cəbhələrdə davam edir, biz bütün məqsədlərimizə çatana qədər bütün cəbhələrdə davam edəcək. Bu mənim əmrimdir, İsrail hökumətinin hərbçilərə, orduya və bütün təhlükəsizlik strukturlarına əmridir. Onlar bu əmri yerinə yetirəcəklər. Buna nail olmaq üçün biz ordu və təhlükəsizlik qüvvələrinin tam qələbə qazanmasına imkan verəcək nəhəng hərbi büdcəni təsdiqləmişik", - o, mətbuat konfransında deyib.

"Mən bunu sadə və səmimi deyirəm: qələbə uzun illər və aylar çəkəcək, lakin biz bu qələbəyə nail olmaq əzmindəyik", - baş nazir əlavə edib.