"İsrail Fələstinin radikal HƏMAS hərəkatının anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması tələbini rədd edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

“Bununla razılaşsaq, hərbçilərimizin ölümü əbəs olacaq, buna razı olsaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik. Ona görədə biz bununla razılaşmayacağıq”, - deyə Netanyahu bildirib.

Xatırladaq ki, Netanyahu yanvarın 19-da telefon danışığı zamanı bu mövqeydə olduğunu ABŞ prezidenti Co Baydenin diqqətinə çatdırıb.

 

Əli Ağayev