Dünya birjalarında neftin qiyməti artıb.

İqtisadiyyat.az xəbər verir ki, birjalarda keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,10 dollar və ya 0,17% artaraq 60,04 dollar təşkil edib. Brent markalı neftin qiyməti isə 0,18 dollar və ya 0,26% artaraq 68,15 dollar təşkil edib.