Brent markalı neftin qiyməti aprelin 15-dən sonra ilk dəfə 30 dolları ötüb.

İqtisadiyyat.az xəbər verir ki, “qara qızıl”ın bir barelinin qiyməti London birjasında 30,43 dollar təşkil edir. Bu isə 11,88% bahalaşma deməkdir.

Sonuncu dəfə Brent aprelin 15-də bu qiymətə olub.

WTI markalı neftin bir bareli isə 18,24% bahalaşma ilə 24,11 dollara yüksəlib.