"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının, SOCAR-ın bəzi idarələrində zərərli və zəhərli işlərdə çalışan şəxslər üçün nəzərdə tutulmuş süd və süd məhsullarının onlardan əsirgənməsi ilə bağlı iddiaları haqqında xəbər vermişdik. SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov saytımıza açıqlamasında, məsələni araşdırılması üçün rəhbərliyin diqqətinə çatdıracağını bildirmişdi.
Məsələnin araşdırıldığını bildirən İ. Əhmədov Yeniavaz.com-a bildirdi ki, artıq bu məsələ öz həllini tapıb: “Ola bilər ki, keçmişdə südün verilməsi ilə bağlı hər hansı fasilələr yaranıb, təchizatda gecikmələr olub. Amma hazırda elə bir şey yoxdur. Bizim təchizatdan mənə verilən məlumata görə artıq mart və aprel ayları üçün bütün idarələr südlə təmin olunublar”.