Dünya birjalarında neftin qiyməti azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,28 dollar və ya 0,47% azalaraq 59,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,27 dollar və ya 0,41% azalaraq 66,22 dollar təşkil edib.